BMT Azərbaycana yeni nümayəndə göndərdi

BMT Azərbaycana yeni nümayəndə göndərdi
  22 May 2019    Oxunub:1792
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycana yeni təyin olunmuş BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassettini qəbul edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə Alessandro Frakassetti təyinatı barədə müvafiq məktubu nazir Elmar Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Alessandro Frakassettini yeni təyinatı münasibətilə təbrik edərək, onun Azərbaycanla BMTİP arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Nazir ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla davam etdiyini vurğuladı və əlaqələrin daha da irəli aparılması üçün səylərin artırılmasının vacibliyi qeyd edib.

Öz növbəsində, A.Frakassetti BMTİP sistemində aparılan struktur islahatları barədə məlumat verdi və fəaliyyəti müddətində əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti