Çin lideri İlham Əliyevə məktub göndərib

  22 May 2019    Oxunub : 1071
 Çin lideri İlham Əliyevə məktub göndərib
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Çin Xalq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 28 il ərzində davamlı iqtisadi inkişaf yolu ilə irəliləyir, xalq sülh və rifah içində yaşayır, ölkənizin beynəlxalq statusu və nüfuzu daimi artır. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Bu yaxınlarda İkinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində biz Sizinlə əhəmiyyətli görüş keçirdik və bir sıra razılıqlar əldə etdik. Ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin və bütün sahələrdə əməkdaşlığın daha yeni pilləyə yüksəlməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar diləyirəm.

Dost Azərbaycana inkişaf və rifah, onun xalqına xoşbəxtlik arzulayıram"

Azvision.az

Teqlər: Çin   İlham-Əliyev   Prezident