Rəşad Babayev “Qırmızı Körpü”nün rəisi işləməyib - Açıqlama

Rəşad Babayev “Qırmızı Körpü”nün rəisi işləməyib - Açıqlama
  21 May 2019    Oxunub:3753
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, buna görə gömrük əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilərək cəzalandırılması ilə bağlı məlumatı bir sıra media qurumları tərəfindən yanlış şərh edilib və həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a bildirilib ki, bir sıra kütləvi informasiya vasitələri hər hansı fakta söykənmədən tutduğu vəzifədən azad edilən "Qırmızı Körpü" gömrük postu rəisinin Rəşad Babayev olduğuna dair iddiaların yer aldığı məlumatlar yayımlayıb.

“R.Babayev ümumiyyətlə "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsində çalışmayıb, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib, bir müddət sonra isə rotasiya qaydalarına uyğun olaraq, Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub və hazırda da həmin vəzifəni icra edir. Dövlət Gömrük Komitəsi media qurumları və jurnalistlərə komitənin fəaliyyəti ilə bağlı informasiyaları yayımlayan, şərh edərkən rəsmi məlumatlara əsaslanmağı tövsiyə edir”, - deyə məlumatda bildirilib.

Azvision.az



Teqlər: DGK   Rəşad-Babayev  





Xəbər lenti