Daha bir yolda rənglənmə işləri aparılır

Daha bir yolda rənglənmə işləri aparılır
  21 May 2019    Oxunub:1496
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə mayın 21-də paytaxtın Mərdəkan avtomobil yol qovşağından Buzovna dairəsinə kimi üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, bundan başqa, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsindən “Vaz dairəsi”nə qədər hissədə də görüləcək. İşlər bu gün axşam saat 22:00-dan mayın 22-si səhər saatlarınadək davam edəcək.

Sürücülərdən göstərilən saatlarda sözügedən yollarda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az



Teqlər: Yol   Təmir  





Xəbər lenti