Misirdə saxlanılan azərbaycanlının məsələsi səfirliyin diqqətindədir
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Azərbaycanın səfirliyi vətəndaşımızın qanuni hüquqlarını təmin etmək üçün Misir tərəfi ilə mütəmadi olaraq təmasdadır.
Qeyd edək ki, Misirdə saxlanılan "Sea Shark" tankerinin göyərtəsində 31 nəfər - 17 Ukrayna, 1 Azərbaycan vətəndaşı, eləcə də Filippin, Şri-Lanka və Hindistan vətəndaşları olub. Vəkillərin sözlərinə görə, Misir səlahiyyətlilərinin yaxın bir neçə gün ərzində ekipaj üzvlərini azad edəcəyi, amma ölkənin ərazi sularına qanunsuz girişə görə 56 milyon dollar məbləğində cərimə ödənilənə qədər yüklü tankeri saxlayacağı gözlənilir.
Azvision.az