I və IV qruplar üzrə test tapşırıqlarının izahı

I və IV qruplar üzrə test tapşırıqlarının izahı
  14 May 2019    Oxunub:2655
I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün mayın 12-də keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib. Abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində > “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/ejurnal/).

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti