YAP-da QHT nümayəndələri ilə görüş keçirilib

YAP-da QHT nümayəndələri ilə görüş keçirilib
  13 Fevral 2019    Oxunub:2172
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərərgahında qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin İnsan Hüquqları Komitəsini sədri Bahar Muradova, YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və QHT təmsilçiləri iştirak ediblər.

Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov çıxışında deyib ki, bu gün insanlar sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar və keçirilən görüşün məqsədi sosial mediada təhqirlərin və digər bu kimi xoşagəlməz halların qarşısının alınması yollarının müzakirəsidir.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün dünyanın yaratdığı texnoloji yenilik dünya üçün ciddi problemə çevrilib: "İnternet üzərindən təhqirlər, mənəvi terror cəmiyyət üçün ciddi problem yaradır. Azərbaycanda bu problemlərin qarşısını almaq üçün qanunvericilik əsaslarında imkanlar var və qanunvericilik bazası bütün beynəlxalq təşkilatların standartlarına uyğundur. Lakin əsfuslar olsun ki, qanun çərçivəsidən çıxma geniş miqyas alıb. Bütün dünyada belədir. Bu çox ciddi məsələdir. Qanunlar internetdə baş verən bu eybəcərliklərin qarşısını almaqda acizdir. Biz qanunlara hər hansı məhdudlaşdırıcı maddələr əlavə etmək niyyətində deyilik. İnsani kriteriyaları nəzərə alıb bu problemlə mübarizə aparmalıyıq”.

Deputat Azay Quliyev isə qeyd edib ki, sosial şəbəkələr vasitəsilə milli mənəvi dəyərlərimizə, xüsusiyyətlərimizə mənəvi terror edilir: “Sosial şəbəkələrdə dövlət, hakimiyyət orqanlarını gözdən salmağa çalışırlar. Bunu düşünülmüş siyasi məqsədlərlə edirlər. Sosial şəbəkələrdə söyüş adi hala çevrilib. Biz milli mənəvi dəyərlərimizin qiymətdən düşməsinə imkan verməməliyik, bu mənəvi terrora sözsüz qalmamalıyıq. Müzakirələr aparmalıyıq və elə bir yol tapmalıyıq ki, insanlar söyüşə məruz qalmasın”.

Tədbirdə çıxış edənlər problemdən çıxışın müxtəlif yolları bardə fikirlərini bölüşünlər və bu istiqamətdə maarifləndirmə işinin gücləndiriməsinin vacibliyini vurğulayıblar.

Azvision.az


Teqlər: YAP   QHT  





Xəbər lenti