Husilər Türkiyə gəmisini vurdular

   Husilər Türkiyə gəmisini vurdular
  19 Noyabr 2024    Oxunub:838
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri Qırmızı dənizdə üzən Türkiyənin "Anadolu S" yük daşıyan gəmisinə raket zərbəsi endiriblər.
AzVision.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

Hərəkatın sözçüsü husilərə məxsus "Əl Məsirə" telekanalında bəyan edib ki, "Yəmən donanması əməliyyat keçirərək, Qırmızı dənizdə olan "Anadolu S"ə bir neçə ballistik və gəmi əleyhinə raketlərlə hücum edib".

Qeyd edək ki, İstanbulda yerləşən "Oras Shipping" şirkətinə məxsus "Anadolu S" Panama bayrağı altında üzür.

AzVision.az



Teqlər:





Xəbər lenti