DTA ilə BMT Turizm Təşkilatı arasında niyyət sazişi imzalanıb
Sazişdə “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü”ndə elan edilmiş “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü”ndə turizmin milli iqlim siyasətinə daha yaxşı inteqrasiya edilməsi ilə yanaşı, sektorun iqlim məqsədlərinə uyğun şəkildə inkişaf etdirilməsi üçün qlobal əlaqələndirmə mexanizmi və tərəfdaşlıq platformasının da yaradılması nəzərdə tutulur.
Niyyət sazişi qeyd olunan əlaqələndirmə və tərəfdaşlıq platformasının yaradılması üçün əlverişli zəmin formalaşdırmağı, həmçinin qeyd olunan təşəbbüslə başlayan prosesin növbəti dövrdə də davam etdirilməsini təmin etməyi və turizm sektorunun az karbonlu və dayanıqlı gələcəyə töhfə verən sahəyə çevrilməsini dəstəkləməyi hədəfləyir.
AzVision.az
Teqlər: