Barro: "İsrail və "Hizbullah" fürsətdən yararlanmalıdır"

      Barro:    "İsrail və "Hizbullah" fürsətdən yararlanmalıdır"
  20 Noyabr 2024    Oxunub:710
"İsrail və Hizbullah atəşkəs naminə ABŞ-nin təklifi ilə açılan "fürsət pəncərəsi"ni lazımınca dəyərləndirməlidir".
Bu sözləri Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkənin "Europe 1" radiosuna müsahibəsində dilə gətirib. O vurğulayıb ki, Vaşinqtonun atəşkəs təklifi sayəsində müharibənin başa çatması və hər iki ölkədə didərgin düşmüş insanların öz evlərinə qayıtmaları üçün qaçılmaz zəmin yaradıb.

"Tərəfləri bu fürsəti qaçırmamağa çağırıram", - nazir bildirib.
Hokşteyn: "Münaqişəni başa çatdırmaq üçün real imkan var"

Xatırladaq ki, dünən Livanın parlament sədrinin köməkçisi Əli Həsən Xəlil Livan hökuməti və "Hizbullah" terror təşkilatının İsraillə atəşkəs üzrə Vaşinqtonun təklifinə müəyyən şərtlərlə razılıq verdiyini, yazılı cavab ABŞ-nin Livandakı səfirinə artıq çatdırıldığını söyləyib. Digər tərəfdən, İsrail və Livan "Hizbullah"ı arasında atəşkəs danışıqlarının əsas vasitəçisi sayılan ABŞ Prezidentinin xüsusi müşaviri Emos Hokşteyn Livanın parlament sədri Nəbih Bərri ilə görüşünün ardınca:

"Artıq atəşkəs üçün real imkan yaranıb. Tərəflər arasında maneələr əhəmiyyətli dərəcədə azalıb", - söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Fransa   Livan   İsrail   ABŞ   atəşkəs   danışıqlar  





Xəbər lenti