Azərbaycana 186 ölkədən 2,2 milyon turist gəlib
Ötən ilin eyni dövrünə nisbətən Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 1,5 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 49 %, İordaniyadan - 40 %, Polşadan - 35,5 %, İrandan - 33,2 %, İtaliyadan - 32,4 %, Türkmənistandan - 30,2 %, Səudiyyə Ərəbistanından - 27 %, Yəməndən - 26,2 %, Niderlanddan - 21,7 %, Almaniyadan - 21,3 %, ABŞ-dan - 20,7 %, Misirdən - 20 %, Özbəkistandan - 19,5 %, Rusiyadan - 19 %, Ukraynadan - 17 %, Tacikistandan - 16,7 %, Türkiyədən - 15,8 %, Fransadan - 14,6 %, Küveytdən - 12,1 %, Böyük Britaniyadan - 11,4 %, Moldovadan - 10,6 % artıb.
2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,8 % artaraq 94 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 28,3 % artaraq 365,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,9 % artaraq 837,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,1 %-i hava, 22,6 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.
AzVision.az
Teqlər: