Baydenin xüsusi müşaviri Netanyahu ilə görüşəcək

   Baydenin xüsusi müşaviri Netanyahu ilə görüşəcək
  20 Noyabr 2024    Oxunub:632
İsrail və Livan "Hizbulah"ı arasında atəşkəs danışıqlarının əsas aparıcısı, ABŞ Prezidentinin xüsusi müşaviri Emos Hokşteyn sabah İsrailə yollanacaq.
Bu barədə İsrail hökumətinin adı açıqlanmayan rəsmi nümayəndəsi "Times of Israel"ə məlumat verib. O bildirib ki, Vaşinqton elçisinin səfər gündəliyi hələlik dəqiqləşdirilməyib.

Digər tərəfdən, əslində, bu gün İsrailə yollanması nəzərdə tutulan Hokşteyn Livanda daha bir gün qalaraq, parlament sədri Nəbih Bərri ilə "razılaşdırılan" atəşkəs planının texniki yönləri ilə bağlı əlavə müzakirələr aparacaq. Yekun danışıqların ardınca onların mətbuata açıqlaması gözlənilir.
Hokşteyn: "Münaqişəni başa çatdırmaq üçün real imkan var"

Xatırladaq ki, Livanın parlament sədrinin köməkçisi Əli Həsən Xəlil Livan hökuməti və "Hizbullah" terror təşkilatının İsraillə atəşkəs üzrə Vaşinqtonun təklifinə müəyyən şərtlərlə razılıq verdiyini, yazılı cavab ABŞ-nin Livandakı səfirinə artıq çatdırıldığını söyləyib. Emos Hokşteyn Nəbih Bərri ilə dünənki görüşünün ardınca isə "atəşkəs üçün real imkan yarandığını" vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   Hizbullah   atəşkəs   danışıqlar  





Xəbər lenti