ISW: “Ukraynanın zərbələri Kremlin mövqeyinə təsir göstərəcək” - VİDEO

      ISW:    “Ukraynanın zərbələri Kremlin mövqeyinə təsir göstərəcək”  -    VİDEO
  20 Noyabr 2024    Oxunub:1013
Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələr bütün döyüş bölgəsində rus ordusunun imkanlarını zəiflətmək üçün çox vacibdir.
xəbər verir ki, Amerikannın Müharibələrin Tədqiqi institutunun (ISW) analitikləri Kiyevin müasir genişmiqyaslı döyüş əməliyyatlarının aparılması üçün lazım olan silah və imkanları bu yaxınlarda alması sayəsində, habelə Qərbin onun potensialının inkişafını geniş miqyasda gücləndirməsi şərti ilə Ukraynanın müdafiə qüvvələri daha əhəmiyyətli əks-hücumlar həyata keçirə biləcəyini düşünürlər.

Onların fokrincə, noyabrın 18-dən 19-na keçən gecə Ukrayna qoşunlarının bu cür hücumların həyata keçirilməsinə icazə aldıqdan bir neçə gün sonra Rusiyanın Bryansk vilayətinin Karaçev şəhərində hərbi sursat anbarına hücumu bunun əyani sübutudur.

“Ukraynanın əldə etdiyi sistemlər və imkanlar uğurlu çoxdomenli, genişmiqyaslı döyüş əməliyyatlarının aparılması üçün vacibdir. Lazımi resurslarla təmin edildikdə Ukrayna qüvvələrinin nəyə nail ola biləcəyini hələ nümayiş etdirmək imkanı olmayıb. Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında sistemli inteqrasiyası, qabiliyyəti və effektivliyi çox güman ki, yaxşılaşa bilər”, - institutun analitikləri iddia edirlər.


Daha əvvəl ISW qeyd edirdi ki, Kiyevin Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirmək imkanlarının məhdudlaşdırılması Rusiyaya yaxın və uzaq arxa cəbhədə təhlükəsiz məkanı saxlamağa, ondan Ukraynaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyə imkan verir.

- Ukraynanın Rusiyanın arxa cəbhəsindəki hərbi hədəflərə uzaqmənzilli zərbələri bütün əməliyyatlar səhnəsində onun hərbi potensialını zəiflətmək üçün çox vacibdir. Kifayət qədər geniş olacağı tərzdə, bu icazələr Rusiyanın hərbi səylərini əhəmiyyətli dərəcədə zəiflədə bilmək kontekstində Ukrayna üçün yeni potensialına çevriləcək”, - ISW bildirir.

Analitiklərin fikrincə, Qərbin hərbi yardımının davam etdirilməsi və gücləndirilməsi zəruridir. Bu, Ukrayna qoşunlarına öz ərazilərini azad etmək və bu müharibədə Kremli öz yanaşmasına yenidən baxmağa məcbur etmək üçün Rusiya hərbçilərinə zəruri itkilər verməsinə imkan yaradacaq.

“Rusiya ilə istənilən gələcək danışıqlara Ukrayna güclü mövqedən girməlidir. Moskva ilə potensial danışıqlarda Ukraynanın mövqeyini gücləndirmək isə Qərbin maraqlarına uyğun olaraq qalır”, - materialda vurğulanır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:





Xəbər lenti