Reuters: “Putin Trampla Ukraynada sülhü müzakirə etməyə hazırdır, lakin...”

      Reuters:    “Putin Trampla Ukraynada sülhü müzakirə etməyə hazırdır, lakin...”
  20 Noyabr 2024    Oxunub:554
Rusiya prezidenti Vladimir Putin yeni seçilmiş amerikalı həmkarı Donald Trampla Ukraynada atəşkəs razılaşmasını müzakirə etmək üçün açıqdır.
AzVision.az xəbər verir ki, bir sıra mənbələrə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb. Bununla belə, Rusiy böyük ərazi güzəştlərini istisna edir və Kiyevin NATO-ya üzv olmaq planlarından əl çəkməsində israrlıdır.

“Reuters” agentliyi ilə söhbətdə beş hazırkı və keçmiş rusiyalı məmur, Kremlin cəbhə xətti boyunca münaqişənin dondurulması ilə “ümumiyyətlə razılaşa biləcəyini” ehtimal ediblər.

“Ukraynanın dörd keçmiş regionu - Donbass, Luqansk, Zaporojye və Xerson vilayətləri ilə bağlı danışıqlar aparıla bilər. Rusiya Xarkov və Nikolayev vilayətlərində rus ordusunun nəzarəti altında olan “kiçik ərazilərdən” imtina edə bilər”, - daha 3 mənbəyə istinad edən “Reuters” yazır.

Agentliyin həmsöhbətləri Ukraynanın NATO-ya üzv olmaqdan imtinasını sülhün digər vacib şərti adlandırırlar. Eyni zamanda, Kreml Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə açıqdır. Həmçinin Rusiya hakimiyyəti Ukraynadan silahlı qüvvələrinin sayını məhdudlaşdırmasını tələb edə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Putin   Ukrayna  





Xəbər lenti