Kaxa Kaladze: “Zurabişvili xarici qüvvələrin agentidir”

      Kaxa Kaladze:    “Zurabişvili xarici qüvvələrin agentidir”
  19 Noyabr 2024    Oxunub:634
Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, paytaxt Tbilisinin meri Kaxa Kaladze ölkə prezidenti Salome Zurabişvilinin xarici qüvvələrin agenti olduğunu və onların göstərişi ilə hərəkət etdiyini bildirib.
AzVision.az xəbər verir ki, Kaxa Kaladze agent olan adamın, o cümlədən də Gürcüstan prezidenti Salome Zurabişvilinin başqa cür hərəkət etmək iqtidarında ilmadığını deyib.

“Zurabişvili təsir altında olan adamdır. Onun patronları var və ona nə desələr, edəcək. Agent olanda başqa seçimin yoxdur - sənə deyilənləri edirsən. Sizin sual verməyə belə haqqınız yoxdur”, - hakim partiyanın baş katibi jurnalistlərə açıqlamasında deyib.

“Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze isə bildirib ki, Gürcüstan hakimiyyəti 2020-ci il parlament seçkilərindən fərqli olaraq, müxalifətdən parlamentə gəlib işə başlamağı xahiş etməyəcək.

- Mən sizə zəmanət verirəm ki, bizim tərəfimizdən heç bir tələb və ya yalvarış olmayacaq. Əvvəlki vəziyyətdən fərqli olaraq, bunu gizlətmədən, müxalifətlə məsləhətləşmələrə getdik və parlamenti doldurmağa çalışdıq. İndi bu, bizi qətiyyən maraqlandırmır. Qoy istədiklərini etsinlər”, - Mdinaradze vurğulayıb.

O, həmçinin Gürcüstan hakimiyyətinin “xarici agentlər haqqında” qanunu, eləcə də LGBT təbliğatına qadağa qoyan qanunu ləğv etməyi planlaşdırmadığını diqqətə çatdırıb.
Jurnalistin müəyyən şəraitdə bu qanunları ləğv edib-etməməsi ilə bağlı sualına Mdinaradzenin cavabı qəti olub: “Xeyr. Bu, xüsusilə LGBT təbliğatına aiddir. Çünki bu, bizim Avropaya inteqrasiya ilə bağlı bazarlıq edə bilməyəcəyiniz bir məsələdir”.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kaladze   Zurabişvili   agent  





Xəbər lenti