ABŞ konqresmeni Azərbaycandan qaçdı
Qeyd edək ki, F.Pelloninin Azərbaycana səfəri ictimaiyyətin sərt qınağına və hiddətinə səbəb olmuşdu.
Sayt diplomatik mənbələrdən dəqiqləşdirib ki, əslində, Frenk Pelloni noyabrın 18-dən COP29-da iştirak etməyi, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdırıb. Bu məqsədlə o, ötən şənbə günü - günorta Bakıya gəlib, həftəsonunu Bakını gəzməklə, qeyri-rəsmi görüşlər keçirməklə yaddaqalan etməyə çalışıb.
Lakin Bakıda hava limanında Azərbaycan mediası tərəfindən yaxalanan Frenk Pelloni jurnalistlərin suallarını cavablandırmayıb. Onun gəlişindən xəbər tutan yerli QHT rəhbərləri və ictimai fəallar isə amerikalı konqresmenin qalacağı otelin qarşısına toplaşıblar. Onların dağılışmasını gözləmək üçün Pelloni marşrutunu dəyişərək, otelə getməyib və qəfildən COP29-da görünüb. Burada yerli media ondan Azərbaycana qarşı iftira kampaniyaları üçün hər ay erməni lobbi təşkilatlarından nə qədər maliyyə alması, lobbiçilik xidmətləri üçün tariflərinin neçə dollar olması ilə maraqlanıb. F.Pelloni sualları cavablandırmadan COP29-un arxa otaqlarında jurnalistlərdən gizlənməyə çalışıb. Ona ABŞ-nin qanunvericilik orqanından təmsilçilərlə birlikdə COP29-da keçirilən brifinqdə iştirak təklif olunsa da, ictimai qəzəblə qarşılanan F.Pelloni Azərbaycan mediasının sualları ilə üzləşməkdən ehtiyat edərək Bakıda brifinqə qatılmaqdan boyun qaçırıb. Onu oteldə Azərbaycanın bir qrup qəzəbli QHT rəhbərləri və ictimai fəalları etiraz aksiyası ilə qarşılayıb. “Pellone, rədd ol!”, “Azərbaycan xalqından üzr istə!” şüarları ilə üzləşən ABŞ konqresmeni otelə mühafizəçilərinin və yerli hüquq mühafizə orqanlarının köməkliyi ilə daxil ola bilib və bütün görüşlərini ləğv edib
Frenk Pelloni Azərbaycan xalqının hiddətindən ehtiyat etdiyi üçün oteldən bayıra çıxa bilməyib. Dünən növbəti dəfə Azərbaycan QHT təmsilçilərinin və ictimai fəallarının Peloninin qaldığı otelin qarşısında “Pellone, rədd ol!”, “Pellone - sərhəd pozucusu”, “Pellone, cavab ver” şüarları ilə etiraz aksiyasından sonra Bakıya səfərini yarımçıq qoyaraq qaçmağa çalışıb.
Oteldə çoxsaylı xarici qonaqlar olduğundan içəridə də pərt vəziyyətə düşən amerikalı konqresmen, oteldən çıxmağa da qorxub.
Onun otel pəncələrindən yaxınlıqda görünən Hərbi Qənimətlər Parkında və Zəfər Tağında Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşan Vətən müharibəsi və antitterror əməliyyatı ilə “Böyük Ermənistan mifi”nin necə məhv olmasını ürək ağrısı ilə izlədiyi, otelin belə yerdə seçiminə görə köməkçilərini sərt danladığı da bildirilir.
Pelloninin hava işıqlanmamış - səhərə yaxın oteli xəlvət tərk edərək birbaşa hava limanına gəldiyi, xüsusi çarter reysi ilə Bakını tərk etdiyi bildirilir. Beləliklə, Frenk Pelloninin Azərbaycana səfəri rüsvayçılıqla yadda qalıb.
Xatırladaq ki, F.Pelloni ABŞ-də islamofob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi məşhurdur. Onun fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. ABŞ-da erməni lobbisinin maraqlarını dəstəkləyən F.Pelloni dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı açıq-aşkar hörmətsizlik edib.
AzVision.az
Teqlər: