Qarabağ Universiteti üçün 17 milyon manat ayrılıb

   Qarabağ Universiteti üçün 17 milyon manat ayrılıb
  20 Noyabr 2024    Oxunub:201
Növbəti ildə Qarabağ Universitetinin fəaliyyətinin genişləndirilməsi üçün 17 milyon manat ayrılıb.
Bunu Milli Məclisin gənclər və idman, ictimai birliklər və dini qurumlar, mədəniyyət komitələrinin keçirilən birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Qarabağ Universitetinin bakalavriat səviyyəsinə ümumilikdə 1104 nəfər qəbul olunub. Qəbul olunanların 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Gələn il isə qəbul olunan tələbələrin sayı 1200-1500 nəfər proqnozlaşdırılır. Həmçinin Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin genişləndirilməsinə 10 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da əlavə vəsait və xərc deməkdir”,- deyə nazir qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti