Abxaziya "prezidenti" istefa verib

Abxaziya "prezidenti" istefa verib
  19 Noyabr 2024    Oxunub:678
Abxaziya “prezident”i Aslan Bjaniya istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə Bjaniyanın mətbuat xidmətinin bəyanatında deyilir.

Etirazçılar Abxaziya prezidentinin iqamətgahına soxulublar - VİDEO
Bjaniya parlamentin spikerinə göndərdiyi bəyanatda “ölkədə sabitliyi və konstitusiya nizamını qorumaq üçün” istefa verdiyini yazıb. Qeyd olunur ki, Abxaziyanın vitse-prezidenti Badra Qunba prezident səlahiyyətlərini icra edəcək, sabiq baş nazir Valeri Bqanba isə hökumət başçısı olacaq.

Hazırkı nazirlər Abxaziyanın yeni seçilmiş prezidenti vəzifəyə başlayana qədər fəaliyyət göstərirlər. Tərəflərin razılığı ilə hökumət binaları kompleksinin ərazisinə toplaşan insanlar noyabrın 19-da dağılışmalıdırlar. Bu şərt yerinə yetirilməsə, Bjaniya ərizəsini geri götürəcək.

Xatırladaq ki, Abxaziyada “müxalifət” nümayəndələri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib. Kütləvi etiraz aksiyasının iştirakçıları Rusiya ilə investisiya razılaşmasının ləğvini, eləcə də “prezident” Aslan Bjaniyanın istefasını tələb ediblər.

Həmidə İbrahimova


Teqlər:   Abxaziya   AslanBjaniya  





Xəbər lenti