Ermənistanın daxili işlər naziri də istefa verdi

   Ermənistanın daxili işlər naziri də istefa verdi
  18 Noyabr 2024    Oxunub:321
Xəbər verdiyimiz kimi Ermənistanda yüksək rütbəli məmurlar istefaya gediblər. Baş nazir Nikol Paşinyan bununla bağlı Facebookda paylaşım edərək məmurlardan öz postlarını tərk etmələrini xahiş etdiyini deyib.
Yerli media isə məmur istefalarını seçkiqabağı şou adlandırır.

Paşinyan istefa şousuna münasibət bildirib
Dünəndən yerli mediada daxili işlər naziri Vahe Qazaryanın da istefa verməsi ilə bağlı şayiələr gəzir. Bu gün isə Sputnik Ermənistan məsələ ilə bağlı DİN-ə sorğu göndərib. Nazirliyin mətbuat katibi Narek Sarkisyan yayılan xəbərlərin doğruluğunu təsdiqləyib: "Ermənistanın daxili işlər naziri Vahe Qazaryan istefa verib".

Xatırladaq ki, noyabrın 17-də axşam saatlarından yerli KİV-də ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın, daxili işlər naziri və İstintaq Komitəsinin rəisi Argişti Kərəmyanın istefası barədə məlumatlar yayıb. Bazar ertəsi səhər Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyanın vəzifələrindən getməsi rəsmən məlum olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   İstefa  





Xəbər lenti