“Azərbaycan üçün 10 qəzet yetərlidir” - Əflatun Amaşov

“Azərbaycan üçün 10 qəzet yetərlidir” -  Əflatun Amaşov
  13 Fevral 2019    Oxunub:2115
"Azərbaycanda gündəlik işıq üzü görən 30 qəzeti maliyyələşdirmək düzgün deyil"

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. Onun sözlərinə görə, Azərbaycanda 10 qəzet cəmiyyəti qəzetçilik baxımından təmin edə bilər:
“İstər poliqrafik, istər digər texniki şərtlər və peşəkar jurnalistlərin hazırladığı materiallar baxımından Azərbaycan üçün 10 keyfiyyətli qəzet yetərlidir. Hesab edirəm ki, 10 qəzet Azərbaycan cəmiyyətini məhz qəzetçilik, qəzetdə gedən informasiyalar baxımından təmin edə bilər. Əgər xəbər elektron informasiya vasitələrində, sosial şəbəkələrdə verilirsə, qəzetdə daha çox analitik, insanı düşündürən materiallar olmalıdır”.

Kənan Məmmədov
AzVision.az


Teqlər:   Qəzet   KİVDF  





Xəbər lenti