Bakıdan Naxçıvana 1003 sərnişin daşınıb

Bakıdan Naxçıvana 1003 sərnişin daşınıb
  13 Fevral 2019    Oxunub:1444
Yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 1229, Bakıdan Naxçıvana isə 1003 sərnişin daşınıb.
Azvision.az -ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığına uyğun olaraq sərnişinlərin vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunun axşam reysləri fəaliyyətə başlayıb.

Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət edilməsi üçün Naxtel-4G monitorinqizləmə sistemindən istifadə olunub.

Azvision.az


Teqlər: Naxçıvan   Sərnişin   Avtobus  





Xəbər lenti