"Qaçqınkom" sədri vətəndaşları qəbul edib
Vətəndaşlar Dövlət Komitəsinin rəhbər şəxsləri tərəfindən fərdi qaydada qəbul edilib. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.
Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məşulluğunun təmin edilməsini və maddi rifahının yüksəldilməsini daim diqqət mərkəzində saxlayır. Bu kateqoriyadan olan vətəndaşlarlar bağlı zəruri tədbirlərin həyata keçirilməsi sosial siyasətin prioritet istiqamətlərindən biridir. Bu baxımdan, Bakı və Sumqayıt şəhərlərində hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə yeni mənzilllərin ilk növbədə verilməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığının davamlı şəkildə icrası mühüm əhəmiyyət kəsb edir. Respublikanın digər ərazilərində də məcburi koçkünlər üçün yeni yaşayış kompleksləri inşa olunur. Məcburi köçkünlərin yeni ev və ya mənzillə təmin olunması mərhələli şəkildə aparılır. Hazırda Abşeron rayonu ərazisində yeni istifadəyə verilmiş yaşayış kompleksində məcburi köçkün ailələrinin yerləşdirilməsi davam etdirilir.
Qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.
Azvision.az
Teqlər: Rövşən-Rzayev