Ağdaşda heyvanlarda vərəmə görə müayinələr aparılır
Ümumiyyətlə rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında 45 251 baş iribuynuzlu heyvanda qarayara, 3644 baş qapı itində isə quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbiri aparılıb və 8000 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Bütün ölkədə olduğu kimi, fevralın ayının 10-dan başlayaraq Ağdaş rayonunda da iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Ağdaşda bu xəstəliyə qarşı 131 319 baş iribuynuzlu (A, O, Asiya-1 tipinə qarşı), 56 852 baş xırdabuynuzlu (A,O tipinə qarşı) heyvanda aparılması nəzərdə tutulub. Artıq 10500 baş iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı polivalent vaksinlə peyvəndləmə aparılıb. Xırdabuynuzlu heyvanlarda isə bu tədbirin mart ayında aparılması nəzərdə tutulur. Tədbirlər davam etdirilir.
Xatırladaq ki, dabaq xəstəliyi də digər iti yoluxucu xəstəlikləri kimi, "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na daxil edilib. Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.
Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra Ağdaş rayonunda ev quşları arasında nyukasl, nodulyar dermatit, leptosprioz, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospriz xəstəliklərinə qarşı profilaktik peyvəndlənmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epedidimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Azvision.az
Teqlər: DBX