Avtomobil nömrələrini itirənlərin diqqətinə!
"Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır. İtirilmiş sənədlər “Poçtap” sistemində 30 gün ərzində saxlanılır. Bu müddət başa çatdıqdan sonra sənədlər müvafiq strukturlara göndərilir.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən "Poçtap" sosial layihəsi çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsi, “Bakı Metropoliteni” QSC, "Təmiz Şəhər" ASC, "BakuBus" MMC və “Azərpoçt" MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azvision.az