Amerikalı döyüşçü Həbibi təhqir edib

Amerikalı döyüşçü Həbibi təhqir edib
  08 Oktyabr 2018    Oxunub:12321
UFC kateqoriyası üzrə döyüşən amerikalı idmançı Kolbi Kovinqton Həbib Nurməhəmmədovu təhqir edib.
Buna səbəb rusiyalı idmançının Konor Makqreqorla döyüşdən sonra zalda dava salması olub.

“Həbib Nurməhəmmədov murdar heyvandır. O, bu hərəkəti ilə bizim idman növünü 20 il geriyə salır”, - deyə Kovinqton bildirib.

Qeyd edək ki, bu gün dünyanın ən güclü idmançıları hesab edilən rusiyalı Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib. Əsrin döyüşü adlandırılan görüş 30 yaşlı Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb.

Döyüşdən sonra zalda kütləvi dava olub. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub.

AzVision.az


Teqlər: Həbib  





Xəbər lenti