"Qarabağ" "Arsenal"a uduzdu - Yenilənib

"Qarabağ" "Arsenal"a uduzdu - Yenilənib
  05 Oktyabr 2018    Oxunub:9991
“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Londonun “Arsenal” komandası ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, Bakı Olimpiya stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi qonaqların 0:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

Ağdam klubu bir neçə epizodda real qol şansı əldə etsə də, bundan yararlana bilməyib.

Təmsilçimiz ikinci hissədə qapısından daha iki qol buraxıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş rəqib "Arsenal"ın 0:3 hesablı qələbəsi ilə başa çatıb.

***
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda saat 20:55-də başlayacaq “Qarabağ” – “Arsenal” oyunu üçün start heyətlər açıqlanıb.

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

“Qarabağ: 13. Vaqner Da Silva, 55. Bədavi Hüseynov, 52. Yakub Jezniçak, 25. Ansi Aqolli, 5. Maksim Medvedev, 2. Qara Qarayev , 8. Miçel, 17.Abdullah Zubir, 19. Filip Ozobiç, 11. Mahir Mədətov 7. İnnosent Emeqara

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 28. Con Delarj, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev

“Arsenal”: 19. Bern Leno, 31. Sead Kolaşinaç, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 12. Ştefan Lixtştayner, 16. Rob Holdinq, 18. Naço Monreal, 29. Metteo Qenduzi, 55. Emil Smit-Rou, 17. Aleks İvobi, 23. Denni Uelbek

Ehtiyat oyunçular: 26. Emiliano Martines, 2. Hektor Bellerin, 9. Aleksandr Lyakazett, 10. Mesut Özil, 11. Lukas Torreyra, 20 Şkodran Mustafi, 34. Qranit Caka

AzVision.az




Teqlər: Qarabağ   Arsenal  





Xəbər lenti