Abramoviç “Çelsi”ni 2 milyarda satmadı

Abramoviç “Çelsi”ni 2 milyarda satmadı
  25 Sentyabr 2018    Oxunub:7068
Rusiyalı milyarder Roman Abramoviç Londonun “Çelsi” klubunu 3 milyard funt-sterlinqə satmaq qərarına gəlib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl yayılan xəbərlərlə "Çelsi"nin 2 milyard funt-sterlinqə satışa çıxarıldığı bildirilirdi.

“Bloomberq” agentliyinin məlumatına əsasən, Abramoviç klubu 3 milyarddan ucuz satmaq niyyətində deyil. Britaniyanın ən varlı vətəndaşı olan Cim Redklif Abramoviçə 2 milyard funt-sterlinq təklif etsə də, o, bundan imtina etdib.

Qeyd edək ki, Roman Abramoviç “Çelsi”ni 2003-cü ildə Ken Batesdən 140 milyon funt-sterlinqə alıb. Onun böyük yatırımlarından sonra London təmsilçisi 50 ildən sonra Premyer Liqanın, tarixində ilk dəfə isə Çempionlar Liqasının qalibi olub.

AzVision.az


Teqlər: Çelsi   Abramoviç  





Xəbər lenti