Şəmkirdə ağır qəza: 2 ölü, 2 yaralı

Şəmkirdə ağır qəza: 2 ölü, 2 yaralı
  24 Sentyabr 2018    Oxunub:1566
Sentyabrın 23-də saat 23 radələrində Şəmkir rayonunun Abbaslı kəndi ərazisində Aşağı Seyfəli kənd sakini Yalçın Babayevin idarə etdiyi “VAZ-2106” və Ağstafa rayon sakini Elvin Salahovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nəticədə Y.Babayev və sərnişinlərindən Daşkəsən rayon sakini Hafiz adlı şəxs hadisə yerində ölmüş, hər iki avtomobilin 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti