DSX dənizdə 4 nəfəri xilas etdi - FOTOLAR

DSX dənizdə 4 nəfəri xilas etdi - FOTOLAR
  24 Sentyabr 2018    Oxunub:2649
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd¬birlərinin həyata keçirilməsi davam etdirilir.
DSX-dan AzVision.az-a verilən xəbərə görə, 2018-ci ilin 21 sentyabr tarixində saat 10:55 radələrində DSX Sahil Mühafizəsinin “Pirallahı” sahil nəzarəti məntəqəsinə “Çİ-3508” bort nömrəli gəzinti təyinatlı üzmə vasitəsinin mühərriyində yaranmış nasazlıq səbəbindən 4 nəfər heyət üzvünün dənizdə batmaq təhlükəsi ilə üzləşmələri barədə məlumat daxil olub.



Sahil nəzarəti məntəqəsindən alınmış məlumat əsasında DSX Sahil Mühafizəsinin dövlət sərhədinin mühafizəsi xidmətində olan “Şahdağ” tipli sərhəd gözətçi gəmisi hadisə yerinə göndərilib və saat 13:00 radələrində Çilov adasından 3 mil məsafədə üzmə vasitəsi aşkar olunub.



Üzmə vasitəsində olan heyət üzvləri – Məmmədov İbad Ramiz oğlu, İbrahimov Əhliman Əlifağa oğlu, Əmrahova Səkinə Ağəli qızı və Xankişiyeva Samirə Həsən qızı xilas edilib, üzmə vasitəsi Çilov adasının liman körpüsünə gətirilib.



AzVision.az


Teqlər: DSX   Dəniz  





Xəbər lenti