Tanınmış aparıcı: `120 kiloyam` - MÜSAHİBƏ

Tanınmış aparıcı: `120 kiloyam` - MÜSAHİBƏ
  14 Oktyabr 2013    Oxunub:2572
“Azvision.az”-ın budəfəki qonağı tanınmış teleaparıcı, bir çox layihələrin prodüseri Mirsalam Mirsalamovdur.
- Artıq 11 illik televiziya fəaliyyətiniz var. İlk olaraq hardan başladınız?

- Televiziyada ilk olaraq, «Space» Televiziyasında Gənclər və uşaq verilişləri departamentində stajorluqdan başlamışam. 9 ay təcrübəçi olandan sonra məni inzibatçı kimi ştatdan kənar iş ilə təmin ediblər. 2 il inzibatçı işlədikdən sonra musiqili və əyləncəli verlişlər departamentində produser kimi çalışmışam. Paralel olaraq rejissor asisstenti kimi də işləmişəm. “Musiqili Meydan”, “Sizin Saat” verlişlərinin, “Qış nağılı”, “Qış nağılı 2”, “Yaz nağılı və “Space” telekanalının digər konsert və yeni il buraxılışlarında prodüserlik etmişəm.

- Fəaliyyətinizin 6 ilini ATV-də keçirmisiniz. Bəs sizi ordan nə uzaqlaşdırdı?
- Məni ATV-dən uzaqlaşdıran heç bir şey olmayıb. Zamanı gəldiyi üçün özüm tərk eləmişəm. Əsas odur ki, hər bir şeyi gərək vaxtında edəsən. Əks halda, zamanı ötürəndə insan qapı dalında qalmaq kimi bir proseslə üzləşə bilər.

- Jurnalistikadan başqa çalışdığınız hər hansı bir sahə varmı?
- Bəli, var. Hazırda restoran biznesilə məşğulam. Belə ki, şəhərimizin seçilən və məşhur restoranlarından biri olan "Meridian" restoranının baş direktoruyam. İşimdən razıyam. Məncə, istədiyimə nail olmuşam. Buna görə də Allaha və bütün yaxınlarıma dəstəklərinə görə minnətdaram.

- Sizin turizm sektorunda da çalısdığınızı deyirlər. Deyilənlərə görə, turizm şirkətiniz var. Dogrudur?
- Bəli, turizm sektorunda şirkətim var. Amma bu, sadəcə biznesdir.

- Hazırda bir qədər televiziyadan uzaq düşmüsünüz. Bu, sizi narahat eləmir ki?
- İnandırım sizi ki, narahat etmir. Əlbəttə, televiziya mənim həyatımın işidir, həyatımın ən maraqlı vaxtlarını da elə televiziyada keçirmişəm. Hərdən darıxıram televiziya üçün. Bu darıxmağımı da televizora baxmaqla kompensasiya edə bilirəm.

- Televiziyalarda ən çox nədən narazısınız?

- Hazırda ən çox narazı olduğum televiziyaların “production”larla düzgün olmayan və dunyanın heç bir yerində olmayan iş prinsipidir. Məncə, “production”lara kömək etmək lazımdır. Bu, televiziyaların inkişafina böyük kömək və dəstək olar.

- Həyat yoldaşınız da televiziya işçisidir. Bir-birinizə bu sahədə köməyiniz dəyirmi?
- Bəli, həyat yoldaşım da televiziya işçisi olub. Mənim aparıcısı olduğum və prodüserlik etdiyim bütün layihələrimin rejissoru olub.

Sirr deyilsə, çəkiniz nə qədərdir?
- Yox, sirr deyil. Yüz iyirmi kiloyam.

İndiyə kimi nə qədər pəhriz saxlamısınız?
- Demək olar ki, indiyə qədər bir dəfə də olsun pəhriz saxlamamışam.

Bir müddət “Süfrəmiz” verilişinin aparıcısı olmusunuz. Mətbəxdə bacarıqlısınız deyəsən.
- Mətbəx verilişini apardığım üçün artıq mətbəxdə bir balaca bacarığım var. Ən çox xoşladığım yemək hansıdır deyə soruşsanız deyim ki, yoxdur. Bütün dadlı yeməkləri xoşlayıram.

Bir az da ailənizdən danışaq… Neçə nəfərsiniz? Neçə övladınız var?
- Ailəmiz böyukdur. İki qızım var. Anam, bir də bacım. Bacım ailəlidir və bir oğlu var.

- Evdə bazarlığı kim edir?
- Kim bazarın yanından keçirsə.

Pulu idarə etmək qabilliyətiniz var, yoxsa bədxərcsiniz?
- Pulu idarə edə bilmirəm. Bədxərc deməzdim, ancaq pul xərcləməyi çox sevirəm.

Səbinə Məmmədova
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:





Xəbər lenti