Bu gün Məmməd Arazın doğum günüdür

Bu gün Məmməd Arazın doğum günüdür
  13 Oktyabr 2013    Oxunub:6268
Azvsison.az xəbər verir ki, bu gün böyük Azərbaycan şairi Məmməd Arazın doğum günüdür.
Məmməd Araz 1933-cü il, oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.

1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb. Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.
1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının “İstiqlal” ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına "Məmməd Araz" mükafatı təsis olunub (1993).

Məmməd Araz "Sevgi nəğməsi", "Üç oğul atası", "Araz axır", "Mən səni taparam", "Dünya düzəlmir", "Daş harayı", "Əsgər andı", "Atamın kitabı" kimi bir çox əsərlərin müəllifidir.

Məmməd Araz 2004-ci il, dekabrın 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.


Teqlər:





Xəbər lenti