ABŞ Türkiyəyə xəbərdarlıq etdi

ABŞ Türkiyəyə xəbərdarlıq etdi
  01 Oktyabr 2013    Oxunub:1143
Ağ Ev qardaş ölkənin Çinlə raket hücumundan müdafiə sisteminin qurulması sahəsindəki əməkdaşlığından narahatdır.
Ağ Ev administrasiyası Türkiyənin Çinlə raket hücumundan müdafiə sisteminin qurulması sahəsindəki əməkdaşlığından narahatdır.

AzVision.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psak jurnalistlərə açıqlamasında bildirib.

Dövlət Departamentinin sözçüsünün sözlərinə görə, Türkiyənin Çinlə birgə raket əleyhinə sistemi yaratması NATO standartlarına uyğun deyil: "Türkiyəni bununla bağlı xəbərdar etmişik".

Cen Psak rəsmi Vaşinqtonun Türkiyənin bu addımına qarşı hansı tədbirləri görəcəyi barədə verilən suala cavab verməyib.

Yayılan məlumatlara görə, NATO üzvü Türkiyə İran, Suriya və Şimali Koreyaya qoyulan beynəlxalq sanksiyalara əməl etməyən Çin şirkəti ilə birgə hava hücumundan müdafiə sistemləri yaratmaq məqsədilə birgə müəssisə yaratmaq niyyətindədir.


Teqlər:





Xəbər lenti