Zəlzələdən sonra yaranan adanın FOTOLARI

Zəlzələdən sonra yaranan adanın FOTOLARI
  30 Sentyabr 2013    Oxunub:1179
Sentyabrın 24-də Pakistanda baş verən 7.7 bal gücündə zəlzələ yüzlərlə insanın ölümü ilə yanaşı yeni adanın yaranmasına səbəb oldu.
Qvadar vilayəti sahillərinə yaxın ərazidə üzə çıxan adanı yerli sakinlər zəlzələdən bir neçə saat sonra görüblər.

NASA sahildən 600 metr aralıda yerləşən həmin adanın fotolarını yayıb. Ada oval formasındadır, eni 75, uzunluğu isə 90 metrə bərabərdir. Ətrafında suyun dərinliyi isə 15-20 metr təşkil edir. Yeni ada palçıq qum və daşlardan ibarətdir.

Bu kimi adaların ömrünün az olduğu (3 aydan 1 ilədək) bildirilir.

S.Həsənova

Qalereya




Teqlər:  





Xəbər lenti