Bəşşar Əsəd müsahibə verdi

Bəşşar Əsəd müsahibə verdi
  30 Sentyabr 2013    Oxunub:1104
Əgər bu, vəziyyəti dəyişəcəksə, Suriya Prezidenti Bəşşar Əsəd vəzifəsini tərk etməyə hazırdır, lakin hesab edir ki, hazırda öz yerində qalmalıdır. AzVision.az xəbər verir ki, bunu Suriyanın dövlət başçısı İtaliyanın "RaiNews24" müsahibəsində deyib.
B.Əsəd bildirib: "Əgər mənim öz postumu tərk etməyim vəziyyəti yaxşılaşdıracaqsa, istefa verməyə hazıram. Lakin indi mən Prezident vəzifəsində qalmalıyam".

O, qeyd edib ki, fırtına zamanı gəmini tərk etmək olmaz: "Mənim missiyam bu gəmini tərk etməmək və limana gətirməkdir".

Prezidentin sözlərinə görə, o, 2014-cü il seçkilərində Suriya prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə qərar qəbul edəcək: "Əgər xalq bunu istəsə, bunu edəcəyəm, əks təqdirdə isə yox".


Teqlər:





Xəbər lenti