Ucuzlaşan bitkoinin taleyi necə olacaq? - Ekspert rəyi

Ucuzlaşan bitkoinin taleyi necə olacaq? - Ekspert rəyi
  17 Yanvar 2018    Oxunub:2276
2018-ci ilin geridə qalan günləri kreptovalyutalar üçün heç də uğurlu olmadı.
AzVision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, son bir ayda bitkoin 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib:

"Cənubi Koreyanın bitkoinləri ilə əməliyyatların qadağan etmək istəyi virtual valyutanın mövqeyini ciddi şəkildə silkələdi. Bitkoin ilə yanaşı, digər əksər kreptovalyutaların da dəyərində azalmalar müşahidə edilməkdədir. Bu arada əksər beynəlxalq maliyyə qurumları ilə yanaşı, bir sıra Avropa Birliyi ölkələrindən də kreptovalyutalar ilə bağlı ehtiyatlı açıqlamalar gəldi. Bitkoindəki köpüklər partlayırmı? Əslində, öncədən əksər beynəlxalq qurumlar bitkoinin qiymətinin 8 min dolları keçəcəyi halda köpüklərin yaranacağını proqnozlaşdırmışdılar. Aydındır ki, əksər Mərkəzi Bankların xoşlamadığı virtual valyutaların qlobal bazarda özlərinə yer tapması asan deyil və bu zaman tələb edəcək. Blokçeyn üzrə əməliyyatlar ənənəvi bankçılığa tələbi azaldır. Və sadəcə bu kontekstdən də hələlik nə əksər Mərkəzi Banklar, nə də kommersiya bankları virtual valyutaları xoş qarşılamırlar".



V.Bayramov vurğulayıb ki, kreptovalyutaların gələcək taleyi birbaşa aparıcı dövlətlərin onlara münasibətindən asılı olacaq: "Aparıcı ölkələr bitkoinlərin istifadə dairəsini məhdudlaşdırmaqda davam edəcəklərsə, o zaman yeni qiymət azalmaları qaçılmazdır. Amma ABŞ bitkoinləri dəstəkləyərsə, o zaman kreptovalyutalar “ayaqda dura” bilərlər. Bütün hallarda isə bitkoinlərin taleyinin necə olmasından asılı olmayaraq yaxınlarda olmasa da, bütövlükdə gələcək virtual valyutaların olacaq".

AzVision.az


Teqlər: Vüqar-Bayramov   Bitkoin   Kreptovalyuta  





Xəbər lenti