Ötən il 1300 km avtomobil yolu salınıb

Ötən il 1300 km avtomobil yolu salınıb
  11 Yanvar 2018    Oxunub:1190
"2017-ci ildə 1300 kilometr avtomobil yolu salınmışdır. Bu da çox böyük göstəricidir"
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, ötən il beş yüzdən çox kəndə yeni yol salınmışdır. “Biz ilin əvvəlində bəyan etmişdik ki, şərti olaraq 40 kənd yolu layihəsini icra edəcəyik, ancaq hər bir layihənin əhatə dairəsi çox genişdir. Biz il ərzində yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayırdıq və beləliklə, 500-dən çox kəndə yeni gözəl yol salınıbdır”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Yol  





Xəbər lenti