“Arşın mal alan” UNESCO-da – FOTOSESSİYA

“Arşın mal alan”  UNESCO-da – FOTOSESSİYA
  18 Sentyabr 2013    Oxunub:1951
Dünən UNESCO-nun mənzil qərargahında TÜRKSOY, Azərbaycan, Qazaxıstan və Türkiyənin bu beynəlxalq qurum yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçirilib.

Sərgini açan TÜRKSOY-un baş direktoru Düsen Kaseinov rəhbərlik etdiyi təşkilatda 14 türkdilli ölkənin birləşdiyini diqqətə çəkmiş, ölməz Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Şərqdə məşhur olduğunu, eləcə də bir çox ölkələrdə nümayiş etdirildiyini bildirib.

UNESCO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Françesko Bandarin TÜRKSOY-un türkdilli ölkələrin mədəniyyətini təbliğ etməklə yanaşı, millətlərin yaxınlaşmasına xidmət göstərdiyini, qarşılıqlı anlaşma və dialoqu təşviq etdiyini yüksək qiymətləndirib.

Şərqdə ilk musiqili operettanın müəllifi olan Üzeyir Hacıbəylinin yaradıcılığının məhsulu olan “Arşın mal alan” operettasının dünya incəsənətinin nadir incilərindən olduğunu diqqətə çatdıran F. Bandarin ölməz sənət əsəri kimi onun 100 illiyinin beynəlxalq səviyyədə qeyd olunmasının UNESCO tərəfindən dəstəkləndiyini bildirib.

Azərbaycanın Xalq Artisti, professor Ağaverdi Paşayevin dirijorluğu və Qazaxıstanın Karakanda Simfonik orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən gəlmiş artistlər “Arşın mal alan” operettası əsasında tamaşa göstərilib (AzərTac).

Qeyd edək ki, məşhur `Google` axtarış sistemi də özünün ana səhifəsini “Arşın Mal Alan”ın motivlərinə uyğun dizayn edib.

Qalereya




Teqlər:  





Xəbər lenti