Gəncədə 28 yaşlı qızı elektrovoz vurub

 Gəncədə 28 yaşlı qızı elektrovoz vurub
  14 Sentyabr 2013    Oxunub:1169
Gəncə şəhəri ərazisində elektrovoz 28 yaşlı qızı vurub.
Trend-in məlumatına görə, elektrovoz Samux şəhər sakini 1985-ci il təvəllüdlü Mirzəyeva Sərayyə Edil qızını vurub və nəticədə o hadisə yerində ölüb. İlkin araşdırmaya görə, S.Mirzəyeva ağır xəstəliyə düçar olmuşdu. Ona görə də həyatdan bezmişdi.

Gəncə Şəhər Prokurorluğundan Trend-ə faktı təsdiqləyiblər və bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti