“Müsəlman Qardaşlar” nazirə sui-qəsd etdi

“Müsəlman Qardaşlar” nazirə sui-qəsd etdi
  06 Sentyabr 2013    Oxunub:1178
Misirin “Müsəlman Qardaşlar” hərəkatının rəhbərləri bu gün daxili işlər naziri Məhəmməd İbrahimə sui-qəsdi ittiham ediliblər.
AzVision.az xəbər verir ki, Qahirədə İbrahimin korteji evindən çıxarkən yaxınlıqda iki bomba partlayıb. Sonra polislər kortejə hücum edən şübhəli şəxslərlə atışmaya girişiblər. Atışmada hücum edənlərdən ikisi öldürülüb. Hücum nəticəsində altı nəfəri polis olmaqla səkkiz nəfər yaralanıb.

Həyatına edilən sui-qəsddən sonra Misirin daxili işlər naziri ölkəni terror aktı dalğasının bürüdüyünü bildirib. Ancaq heç bir terrorçu qruplaşma sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti