Rusiyanın kimyəvi silahla bağlı hesabatı

Rusiyanın kimyəvi silahla bağlı hesabatı
  05 Sentyabr 2013    Oxunub:1103
Rusiya BMT-yə 100 səhifəlik hesabat təqdim edib
Rusiya Suriyada kimyəvi silahın tətbiq edilməsinə görə, usyançıları günahlandırıb. AzVision.az-ın məlumatına görə, Rusiyanın Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, bu ilin martın 19-da Xan əl Esel-də 20 nəfərin ölümü ilə nəticələnmiş hücumda istifadə olunmuş kimyəvi silah Suriya ordusuna məxsus silahlarların parametrlərinə uyğun olmayıb.

BMT-yə təqdim olunan 100 səhifəlik hesabatda qeyd olunur ki, Xan əl Esel-də tətbiq olunmuş kimyəvi silahın tərkibində RDX maddəsi olub. Hazırda RDX-dən kimyəvi silahların hazırlanmasında da istifadə olunmur. Yəni bu silahlarda Əsəddə yoxdur. Bu maddədən Qərb ölkələri II dünya müharibəsində istifadə edib.

Rusiya XİN-in məlumatında qeyd olunur ki, BMT mütəxəssislərinin Suriya ilə bağlı yekun hesabatı açıqlanmamış, Qərb ölkələrinin hərbi müdaxilə ritorikaları Bəşər Əsəd rejimini devirməyə hesablanıb və rəsmi Dəməşqin kimyəvi silahdan istifadə etdiyi ilə bağlı deyilənlər yalandır.


Teqlər:  





Xəbər lenti