Rusiya ABŞ-a nota verdi

Rusiya ABŞ-a nota verdi
  05 Sentyabr 2013    Oxunub:1304
Nota artıq ABŞ-ın Moskvadakı səfirliyinə təqdim olunub.

AzVision.az Ria Novosti-yə istinadən xəbər verir ki, son zamanlar ABŞ-ın sifarişi ilə üçüncü ölkələrdə rusların həbs olunması hallarının artmasına etiraz olaraq Rusiya ABŞ-a nota verib. Nota artıq ABŞ-ın Moskvadakı səfirliyinə nota təqdim olunub.

Məsələ ilə əlaqədar ABŞ səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər nazirliyinə dəvət olunub. Rusiya Xarici İşlər Nazirliyinin insan haqları, demokratiya və hüququn aliliyi üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov Amerika hüquq-mühafizə orqanlarının 3-cü ölkələrə Rusiya vətəndaşlarını həbs edərək ABŞ-a ekstradisiya etməklə bağlı sifarişi ilə bağlı notanı ona təqdim edib.

Konstantin Dolqov Rusiya vətəndaşlarının şübhəli ittihamlarla təqib olunduğunu bildirib və bunu sübut edən misallar çəkib. Rusiya rəsmisi bu qəbuledilməz praktikaya son qoyulmasını tələb edib. Bildirib ki, bu kimi halların davam edərsə, Rusiyanı cavab tədbirləri görməyə məcbur olacaq.

Qeyd edək ki, sonuncu dəfə 17 avqust 2013 –cü il tarixində Amerika Hüquq-mühafizə orqanları Barselona aeroportunda xuliqanlıqda ittiham olunan Rusiya vətəndaşı Dmitriy Belorossovu və dindirilməsi üçün həbs olunaraq ABŞ-a ekstradisiyasını tələb edib.

Odur ki, Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarından mümkün qədər xarici ölkələrə, xüsusilə də ABŞ-la cinayətkarların mübadiləsi ilə bağlı sazişi olan ölkələrə səfər etməməyi tövsiyyə edib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti