Mourinyoya ağır itki

Mourinyoya ağır itki
  26 İyun 2017    Oxunub:1563
İngiltərənin “Mançestr Yunayted” klubunun baş məşqçisi Joze Mourinyoya ağır itki üz verib.
AzVision.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssisin atası Feliks Mourinyo 79 yaşında vəfat edib.

Qeyd edək ki, keçmiş qapıçı və baş məşqçi olan F.Mourinyo kariyerası ərzində “Vitoria” və “Belenenses” çıxış edib. 1981/1982-ci illərdə "Riu Ave"də, 1982/1983-cü illərdə isə "Belenenseş"də köməkçi-məşqçi və baş məşqçi olub. Həmin vaxt Joze Mourinyo onun rəhbərliyi altında çıxış edib.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Mourinyo  





Xəbər lenti