_1498404469.jpg)
***
"Force India” komandasının üzvü Serxio Peres və “Ferrari” komandasının üzvü Kimi Raykkonen yarışa qayıdıb. Fasilədən sonra Qran-Pri davam edir.
***
"Renault" komandasının üzvü Colyon Palmer "Formula-1" yarışlarında mübarizəni dayandırıb.
AzVision.az xəbər verir ki, onun bolidində tüstülənmə olub. Bununla da Palmer üçün Qran-Pri başa çatıb.
_1498400899.jpg)
“Toro Rosso” komandasının üzvü rusiyalı pilot Daniil Kvaytın maşınında texniki problem yaranıb. Kvayt 12-ci döngədə yarışları dayandırıb.
“Red Bull Racing” komandasının üzvü Maks Ferstappenin bolidində texniki problemlər olduğundan, o da Qran-Pridə mübarizəni erkən dayandırmalı olub.
“Ferrari” komandasının üzvü Kimi Raykkonenin bolidinin sağ arxa təkərində problem olub. Bu səbəbdən o, yarışı tərk edib.
_2996801798.jpg)
“Force India” komandasının üzvü Serxio Peres üçün də yarış artıq başa çatıb. O, Qran-Prini sona qədər başa vura bilməyib.
Hazırda yarış 15 iştirakçı ilə davam edir.

***
Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-Prisinin həlledici mərhələsi başlayıb.
AzVision.az xəbər verir ki, yarışlar iki saat davam edəcək.
Qeyd edək ki, pilotlar yarışa bu ardıcıllıqla başlayıblar:
1. Luis Hamilton 1:40.593 (“Mercedes”)
2. Valtteri Bottas 1:41.027 (“Mercedes”)
3. Kimi Raykkonen 1:41.693 (“Ferrari”)
4. Sebastian Fettel 1:41.841 (“Ferrari”)
5. Maks Ferstappen 1:41.879 (“Red Bull Racing”)
6. Serxio Peres 1:42.111 (“Force India”)
7. Esteban Okon 1:42.186 (“Force India”)
8. Lans Stroll 1:42.753 (“Williams”)
9. Felipe Massa 1:42.198 (“Williams”)
10. Daniel Rikkiardo 1:43.414 (“Red Bull Racing”)
11. Daniil Kvayt 1:44.186 (“Toro Rosso”)
12. Karlos Sains 1:43.347 (“Toro Rosso”)
13. Kevin Maqnussen 1:43.796 (“Haas”)
14. Niko Hulkenberq 1:44.267 (“Renault”)
15. Paskal Verlayn 1:44.603 (“Sauber”)
16. Fernando Alonso 1:44.334 (“McLaren”)
17. Romen Qrojan 1:44.468 (“Haas”)
18. Markus Eriksson 1:44.795 (“Sauber”)
19. Stoffel Vandorn 1:45.030 ( “McLaren”)
20. Colyon Palmer ----- (“Renault”)
Eldar Tanrıverdiyev
AzVision.az