Suriyaya görə qızıl bahalaşır

Suriyaya görə qızıl bahalaşır
  05 Sentyabr 2013    Oxunub:1238
ABŞ Senatının beynəlxalq əlaqələr üzrə komitəsi Suriyaya hərbi müdaxilə barədə qərar qəbul etdikdən sonra qızılın qiyməti qalxmağa başlayır.

AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, bir unsiya qızılın qiyməti 0,3 % bahalaşaraq 1395,07 dollar olub.

Konqresdə Suriyaya hərbi müdaxilə üzrə qətnamənin qəbul olunması üçün növbəti həftə səsvermə keçiriləcək. The Wall Street Journal bildirib ki, hazırda Pentaqon hərbi hava qüvvələrinin təyyarələrindən və dəniz qüvvələrinin raketlərindən istifadə etməklə əməliyyatı genişləndirməyi düşünür.

Qeyd edək ki, qızılın qiyməti bu ilin əvvəlindən başlayaraq 17 % ucuzlaşıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti