Ermənistana xarici investisiyalar azalıb

Ermənistana xarici investisiyalar azalıb
  04 Sentyabr 2013    Oxunub:1382
Ermənistan iqtisadiyyatına yatırılan xarici investisiyalar ilk yarım il ərzində azalıb.

AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, 2013-cü ildə Ermənistan iqtisadiyyatına xarici investisiya yatırımı keçən illə müqayisədə 293 milyon dollaradək azalaraq 34,7 % təşkil edib. Ümumilikdə ölkə iqtisadiyyatına xarici investisiya yatırımı 64,2 % - 118,2 milyon dollaradək azalıb.

Xarici investisiyaların böyük qismi - 33,37 % telekommunikasiya sferasına cəlb edilib. Daşınmaz əmlak üzrə 16,65 %, nəqliyyat daşınması və magistral qaz kəmərləri üzrə 9,14 %, filiz-mədən sənayesinə - 12,81 %, içki istehsalına - 7,31 % xarici investisiya yatırılıb.

Ölkəyə ən çox investisiya qoyan 76,2 milyon dollarla Argentina olub. Yatırımın böyük həcmi hava nəqliyyatına (72,3 milyon) və kənd təsərrüfatı sferasına (3,5 milyon) cəlb olunub. Həcminə görə Ermənistana investisiya yatıran Rusiya 38,4 milyonla (4,6 % azalma) ikinci yerdə dayanır. Ölkənin ən çox yatırım etdiyi sahə telekommunikasiya, nəqliyyat daşınması, qaz və elektrik enerjisinin nəqlidir. Üçüncü yerdə 36,5 milyonla Kanada dayanır. Kanadanın investisiyası metal filizlərinin çıxarılması sahəsinə yönəldilib.

Ümumilikdə isə Ermənistan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyanın həcmi 27,5 % - 656,7 milyon dollaradək azalıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti