ABŞ Braziliya və Meksika prezidentlərini izləyirmiş

ABŞ Braziliya və Meksika prezidentlərini izləyirmiş
  04 Sentyabr 2013    Oxunub:1321
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) Braziliya və Meksika prezidentlərinin elektron məktublarını oxuyub.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, MTA Braziliya və Meksika prezidentləri Dilma Rusef və Enrike Penya Nietonun məktublarını ələ keçirib. Bu barədə BBC telekanalı bildirib.

Məlumata görə, Meksika prezidenti Enrike Penya Nieto 2012-ci ilin iyununda izlənilib, bir ay sonra isə prezident seçilib. Ələ keçirilən sənədlərdə prezidentin nazir postuna təyin etmək istədiyi şəxslərin adları göstərilib.

Braziliya prezidentinin izlənilməsi barədə sənədlərin təfərrüatları açıqlanmayıb, sadəcə prezident Rusefin elektron məktublarının ələ keçirildiyi vurğulanıb.

Braziliyanın ədliyyə naziri Eduard Kardos söyləyib ki, prezidentin yazışmalarının izlənilməsi barədə informasiya sübut olunarsa, məsələyə ciddi şəkildə baxılacaq. “Bu cür hərəkət Braziliyanın müstəqilliyinin pozulması deməkdir” – o əlavə edib.

BBC bildirib ki, Latın Amerika prezidentlərinin hələ də ABŞ tərəfindən izlənilib-izlənilmədiyi məlum deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti