Sarkisyanı “dalana” dirəyəcəklər

Sarkisyanı “dalana” dirəyəcəklər
  04 Sentyabr 2013    Oxunub:945
“Bütün olanlardan sonra Serj Sarqsyan AŞPA-nın payız sessiyasında iştirak etmək üçün üzünə-üz bağlayıb Strasburqa gedir.

Məsələ burasındadır ki, Ermənistanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik müddəti başa çatır və nəzərdə tutulan qaydalara əsasən Serj Saqqsyan AŞPA-da çıxış edəcək və sonra deputatların suallarını cavablandıracaq.

Rusiya prezidenti Vladimir Putinlə dünənki görüşündən sonra ola bilər ki, Sarqsyan Sarqsyan səfərini təxirə salsın. Çünki orada Sarqsyanı əməlli başlı ciddi sınaq gözləyir. İndidən canına vəlvələ düşən Ermənistan prezidenti Ermənistanın müxalifət nümayəndələri ilə üz-üzə gələcək və onların suallarını cavablandırmalı olacaq.

Bununla yanaşı Sarqsyanı avropalılar da sual atəşinə tutacaqlar. Avropalı siyasətçilər ondan xarici siyasətdə yol verdiyi yanlışların hesabını soracaqlar.

Bu arada AB üzvlərinin Ermənistan prezidenti ilə bağlı bəyanat verməyi planlaşdırıblar. Bəyanatda Sarqsyanın yürütdüyü ikiüzlü siyasət tənqid ediləcək.

Səbinə Həsənova
AzVision.Az



Teqlər:  





Xəbər lenti