Türkiyənin bu ilki Oskar namizədi - VİDEO

Türkiyənin bu ilki Oskar namizədi - VİDEO
  04 Sentyabr 2013    Oxunub:2028
Yılmaz Ərdoğanın ssenari müəllifi və rejissoru olduğu “Kelebeğin rüyası” Oskar mükafatına namizəd olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi “Kelebeğin rüyası”, “Tepenin ardı”, “Eve dönüş: Sarıkamış 1915” və “Meryem” filmləri arasından “Kelebeğin rüyası”nı namizədliyə layiq bilib.

Filmdə gənc yaşında vərəm xəstəliyindən ölən iki şair Müzəffər Tayyib Uslu ilə Rüştü Onurun dostluğundan bəhs olunur. Qeyd edək ki, film Oskara namizəd olan xarici filmlərdən əvvəlcə 9, daha sonra isə 5 film siyahısına düşməyə çalışacaq.

Təqdimat mərasimi isə 2014-cü il martın 2-də olacaq.



Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti