ABŞ Konqresi Suriyaya hücumu dəstəklədi

ABŞ Konqresi Suriyaya hücumu dəstəklədi
  04 Sentyabr 2013    Oxunub:2340
Respublikaçı Con Boner və demokrat Nensi Pelosi Suriyada əməliyyatın başlanması ilə bağlı Obamanı dəstəkləyib.
ABŞ Konqresindən Obamaya dəstək gəlib.Qərb mətbuatının məlumatına görə, respublikaçı Con Boner və demokrat Nensi Pelosi Suriyada əməliyyatın başlanması barədə danışıb.

Obama avqustun 31-də konqresə bəyənmək üçün göndərdiyi hərbi əməliyyatın başlanması haqqında təklifin müzakirəsinə sentyabrın 9-da başlanacaq.

Konqresin Nümayəndələr palatasının spikeri respublikaçı Con Boner bu gün Obamanın Suriyaya zərbə vurmaq barədə təklifini dəstəklədiyini bəyan edib. O hesab edir ki, onun həmkarları da eyni şeyi etməlidir.

Beyner bu gün prezident Barak Obama ilə görüşüb. Görüşdən sonra jurnalistlərə müsahibəsində o, “Mən prezidentin hərəkətə keçmək barədə çağırışını dəstəkləyirəm” deyə bildirib.

Konqresin azlıqlar fraksiyasının lideri demokrat Nensi Pelosi də öz növbəsində Suriyaya hücum məsələsində Obamanı dəstəkləyib.

“Suriyada kimyəvi silahdan istifadəyə laqeyd qalmaq olmaz”-deyə Nensi jurnalistlərə bildirib.


Teqlər:  





Xəbər lenti