İran Xəzərə yeni hərbi qüvvələr yeridir

İran Xəzərə yeni hərbi qüvvələr yeridir
  04 Sentyabr 2013    Oxunub:1577
Bu haqda İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Həbibulla Səyyari bildirib
İran Xəzərin şərq sektorunda öz hərbi iştirakını daha da genişləndirməyə hazırlaşır. Virtualaz.org-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu haqda İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Həbibulla Səyyari bildirib.

Admiral dəniz texnologiyaları üzrə birinci milli konfransın açılışında çıxışı zamanı deyib ki, İran Xəzər dənizində hərbi iştirakını genişləndirməklə kifayətlənməyərək Hindistan və Çinlə yanaşı Hind okeanı akvatoriyasında da öz daimi hərbi iştirakını təmin etməyə hazırlaşır.

H.Səyyari son günlər Suriya böhranı ilə əlaqədar Hörmüz körfəzində artan gərginlik barədə də danışıb. Deyib ki, İran donanması xarici hərbi gəmilərin körfəzdə hərəkətini yaxından izləyir.

Qeyd edək ki, bundan əvvəl İran Xəzərdə İnqilab Keşikçiləri Korpusunun Hərbi-Dəniz Qüvvələrinin xüsusi təyinatlı bazasını açıb. Həmçinin İran Xəzərə özünün ən yeni raket gəmilərindən birini yerləşdirib.

İran Xəzərdə hərbi iştirakını durmadan genişləndirən yeganə sahilyanı ölkə deyil. Rusiya da Xəzər donanmasını ən yeni hərbi gəmilərlə gücləndirir. İki il əvvəl Rusiya “Dağıstan” və “Tatarıstan” raket gəmilərini Xəzərdə yerləşdirib.

Azərbaycan da Xəzərdə öz maraqlarını qorumaq üçün gəlişmələri yaxından izləyir və donanmasını gücləndirir. Bu günlərdə məlum olub ki, Azərbaycan Cənubi Koreyadan iki sualtı qayıq və bir esminets almaq barədə danışıqlar aparır.


Teqlər:  





Xəbər lenti